RU

Şəmkirdə qəza - Ölən var

Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Teleqraf-ın yerli bürosunun məlumatına görə, "VAZ 2106" markalı avtomobil "Toyota Rav-4" markalı maşınla toqquşub.

Qəza zamanı "VAZ 2106" da olan bir nəfər şəxs həyatını itirib. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Избранный
13
50
publika.az

10Источники