RU

Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir? – VİDEO

Naxçıvan Muxtar Respublikası ərazisində 200-dən çox mineral bulaq mövcuddur. Onların əksəriyyəti müalicəvi xüsusiyyətləri ilə tanınır.

Culfa şəhərindən 8-9 kilometr aralıda yerləşən Darıdağ arsenli mineral suyu da həmin bulaqlardan biridir. Bu su illərdir yerli sakinlərin və qonaqların sağlamlıq məqsədilə üz tutduğu məkanlardandır.

“Güclü ağrılarım var idi. Əməliyyat olunmalı olduğumu demişdilər, amma buraya gələndən sonra ağrılarım keçib. İndi özümü çox yaxşı hiss edirəm”, – deyə müalicə alan sakinlərdən biri bildirib.

Kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovanın sözlərinə görə, Darıdağ mineral suyu qan təzyiqinin tənzimlənməsi, ürək fəaliyyətinin yaxşılaşdırılması, sinir sistemi, dəri və qadın xəstəliklərinin müalicəsində də təsirlidir.

Ətraflı Baku TV-nin süjetində:

 

Избранный
23
7
tribunainfo.az

10Источники