RU

“Çin Rusiyadan NATO ərazisinə hücum tələb edə bilər” Rutte

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

“Çin Tayvana qarşı güc tətbiq etmək qərarına gələrsə, prezident Si Cinpin özünün kiçik tərəfdaşı olan Rusiya Prezidenti Vladimir Putinə zəng edərək, ondan NATO ərazisinə hücum edərək Hind-Sakit okean regionundan avropalıların diqqətini yayındırmağı xahiş edəcək”.

Yeniavaz.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte “The New York Times” qəzetinə  verdiyi müsahibəsində bildirib.

Rutte qeyd edib ki, vəziyyətin belə inkişafı ehtimalı mövcuddur:

“Biz sadəlövh olmamalıyıq.  Pekin və Moskvanı çəkindirmək üçün iki əsas addım lazımdır. Bunlardan biri Qərb alyansının rusların heç vaxt hücum etməməsini təmin etmək üçün kollektiv gücüdür”.

Onun sözlərinə görə, ikinci vacib addım müdafiə sənayesi və innovasiya sahələrində Hind-Sakit okean regionu ilə birgə işləməkdir. O əlavə edib ki, ABŞ-nin hazırkı administrasiyası bu tip əməkdaşlığı fəal şəkildə dəstəkləyir:

“Biz böyük geosiyasi problemlə üzləşirik. Bu, ilk növbədə, yaxın tarixdə görünməmiş sürətlə özünü yenidən quran Rusiyadır. Onlar hazırda üç ayda bütün NATO-nun bir ildə istehsal etdiyindən üç dəfə çox sursat istehsal edirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
45
yeniavaz.com

10Источники