"Liverpul" futbolçusu Dieqo Jotanın ölümü ilə əlaqədar mövsümöncəsi məşqi təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Komanda klubun bazasına iyulun 4-də gəlməli və təlim-məşq toplanışına iyulun 8-də start verilməli idi. Hazırda mersisaydlıların mövsümöncəsi hazırlığının nə vaxt başlayacağı ilə bağlı məlumat yoxdur.
Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Diogo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.