Bakı. Trend:
Moskva ilə Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.
Trend-in məlumatına görə, bu barədə Rusiya TuroperatorlarıAssosiasiyası məlumat yayıb.
Məlumata əsasən, günortaya planlaşdırılan 52 reysdən 30-u ləğvedilib, 9-u isə gecikib.
"Milli aviadaşıyıcı bildirib ki, o, sərnişinləri MoskvadanSankt-Peterburqa geniş gövdəli təyyarələrdən istifadə etməklədaşıyacaq",- deyə təşkilatın saytında bildirilib.
Assosiasiya iyulun 5-də uçuşların təxirə salınması və ləğvedilməsinin ən azı 75 min sərnişinin planlarına təsir etdiyini qeydedib.