RU

"Əvvəllər milliyə düşmək həqiqətən də çətin idi, amma indi özümə çox güvənirəm" - MÜSAHİBƏ

Qırğızıstanın "Alay" klubu daha bir azərbaycanlı ilə müqavilə imzalayıb. Onlar bu dəfə son olaraq Polşanın "Flota" klubunda forma geyinmiş Nazim Məmmədzadə ilə anlaşıb. Sportal.az saytına müsahibə verən müdafiəçi Qırğızıstan klubundakı hədəflərindən bəhs edib.

- "Alay"a keçidin rəsmiləşdi. Transfer necə reallaşdı?

- Bu ildən yeni menecerlə işləməyə başlamışam. Qvanzav Maqomedov hazırda yeni menecerimdir. Onunla əlaqə saxladıq və mənim üçün uğurlu olacağını düşündük. Belədə, "Alay"a keçidim rəsmiləşdi.

- Ötən mövsümü Polşanın aşağı liqa təmsilçisi "Flota" klubunda keçirdin. Maraqlıdır, Polşanıın digər klublarından təklif almamışdın?

- Əlbəttə, mənə təkliflər var idi. Çünki mövsümün sonunu çox yaxşı keçirdim. Lakin yenə də menecerimlə danışdım və qərara gəldik ki, "Alay"a keçidin ən yaxşı addımdır. Ona görə də, başqa təkliflər haqda düşünmədim.

- Artıq müəyyən müddətdir ki, azərbaycanlı futbolçuların Qırğızıstana axını başlayıb. Bunu başlıca səbəbi və ya səbəbkarı kimdir? Qırğızıstan klubları azərbaycanlı futbolçulara bu qədər güvənir?

- Azərbaycanlı futbolçulara nə qədər güvəndiklərini deyə bilmərəm. Amma mənim menecerimə və mənə güvənləri sonsuzdur. 

- "Alay"da tək azərbaycanlı sən deyilsən, çox həmyerlimiz var. Yəqin ki, bunun özü adaptasiya baxımından yaxşıdır? Yoxsa, istənilən halda, adaptasiyaya ehtiyac var?

- Əlbəttə ki, bu məqam adaptasiyama çox kömək olacaq. Mən heç vaxt xarici klublarda bizim futbolçularla komanda yoldaşı olmamışam. Bu dəfə isə vəziyyət fərqlidir. Təbii ki, sevindirici məqamdır. Ümidvaram ki, hər şey yaxşı olacaq.

- Qırğızıstan liqası sənin üçün nə dərəcədə tramplin rolunu oynaya bilər?

- İndi bütün fikrim “Alay”ın oyunlarına yönəlib. Bu komandaya ən yaxşı şəkildə kömək olmaq istəyirəm. Gələcəkdə nələr olacağını isə elə gələcəyin özü göstərəcək.

- İspaniya, Şimali Makedoniya, Latviya liqalarında oynasan da, səni milliyə dəvət etmədilər. Səncə, niyə milliyə heç  dəvət etmədilər səni?

- Əvvəllər milliyə düşmək həqiqətən də çətin idi. Ancaq indi özümə çox güvənirəm. Hiss edirəm ki, Qırğızıstanda ölkə kuboku və Premyer Liqanı qazansaq, milli komandamıza dəvət almaq imkanım olacaq.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Избранный
12
50
sportal.az

10Источники