RU

Putin münasibətləri düzəltmək üçün Bakıya nümayəndə heyəti göndərir

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərdəki problemləri aradan qaldırmaq istəyir.

"Unikal" xəbər verir ki, Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbə - VÇK-OQPU "Telegram" kanalının məlumatına görə, Putin münasibətləri düzəltmək üçün Bakıya xüsusi nümayəndə heyəti göndərir."Hazırda Moskvada iki ölkə arasında münaqişənin həllinə cəhd etmək məqsədi ilə Bakıya gedəcək nümayəndə heyəti yaradılır.Putin şəxsi mesajı çatdıracaq və həbs olunanların "mübadiləsi" təklifi verilə bilər", - məlumatda deyilir.VÇK-OQPU-nun məlumatına görə, qeyri-rəsmi nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı və indiki Rusiyanın fövqəladə hallar naziri, Azərbaycan hökumətinin üzvləri ilə şəxsi münasibətləri yaxşı olan Aleksandr Kurenkov başçılıq edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
50
unikal.az

10Источники