Kənd Təsərrüfatı Nazirliyi konkret olaraq Azərbaycandan pomidor idxalına qadağa qoymağı planlaşdırmır. Bu məsələni bazar özü tənzimləyəcək.
“Bakuinfo” axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı naziri Oksana Lut bildirib.
Onun sözlərinə görə, Rusiyada pomidor və xiyar bazarı kifayət qədər balanslaşdırılıb:
“Mövsümdən asılı olaraq dəyişkəndir. Belə ki, yayda öz pomidorumuz çoxdur. Pomidor və xiyar da şəxsi təsərrüfatlarda yetişdirilir.
Əgər məhsulumuz kifayət qədərdirsə, bu o deməkdir ki, bazar sadəcə olaraq xaricdən almayacaq. Əgər kifayət qədər məhsul yoxdursa, bu o deməkdir ki, Azərbaycan və Özbəkistandan olan dostlarımız bizə kömək edəcək", - nazir bildirib.