RU

“Fənərbaxça” “Əl Nəsr”in hücumçusunu icarəyə götürdü – RƏSMİ

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, İstanbul klubu “Əl Nəsr”in hücumçusu Con Duranı icarəyə götürüb.

21 yaşlı kolumbiyalı futbolçu 2025-2026-cı illər mövsümünü “Fənər”də keçirəcək.

Duran “Əl Nəsr”ə 2025-ci ilin yanvarında “Aston Villa”dan 77 milyon avroya transfer olunmuşdu.

Onun Səudiyyə Ərəbistanı təmsilçisindəki maaşı illik 22 milyon dollar idi.

Onun “Əl Nəsr”lə müqaviləsi 2030-cu ilə qədərdir.

 

Избранный
12
15
msport.az

10Источники