RU

"Qəbələ alimləri" kitabının təqdimat mərasimi keçirildi


05 iyul 2025-cil il tarixdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində rayon ziyalısı, Zarağan kənd 2 saylı tam orta məktəbində müəllim işləyən Zinyət xanım Tahirli-Əlibəylinin "Qəbələ alimləri" kitabının təqdimat mərasimi keçirildi.

 Tədbiri mərkəzin direktoru Qalib Nəbiyev açaraq qonaqları salamladı, təqdimatı keçirilən kitabın əhəmiyyətini vurğuladı.

 Daha sonra qeyd olunan əsərdə haqqında bəhs olunan alimlər, dünyasını dəyişən elm xadimlərinin ailə üzvləri, o cümlədən rayon ictimaiyyətinin, ziyalılarının nümayəndələri çıxış etdilər.

 Şəhid ailələrinin üzvlərinin də iştirak etdiyi təqdimat mərasimi iştirakçılarda zəngin və unudulmaz təəssürat yaratdı.

 Qeyd edək ki, "AVE Print" nəşriyyatının poliqrafik baxımdan yüksək səviyyədə həyat verdiyi  316 səhifəlik əsər Qəbələ torpağında dünyaya göz açmış 35 alimin hər birinin yaşamı və yaradıcılığı haqqında tərcümeyi-hal oçerklərindən ibarətdir. 

 Qeyd edək ki, kitabın elmi redaktoru professor Ədalət Tahirli, tərtibçisi Qəbələ ziyalısı Sədaqət xanım Kərimovadır. Kitab müəllifin Qəbələnin alim övladlarından bəhs edən ilk əsəridir.

 Təbii ki, Qəbələnin yetirdiyi alimlər yalnız bu 35 nəfərdən ibarət deyil, qat-qat çoxdur və onlar haqqında da inşallah, ikinci kitabda danışılacaq.

 Eldəniz ABBASLI,

 pedaqogika üzrə fəlsəfə doktoru.

 Bakı, 05 iyul 2025-ci il


Избранный
19
50
azia.az

10Источники