RU

İranda monarxiyanı bərpa etmək mümkündürmü?

...İsrailin İran ərazisinə hərbi zərbələr endirməsi və ölkədəki islam rejiminə qarşı ictimai narazılığın artması fonunda konstitusiya monarxiyasının mümkün bərpası barədə söhbətlər güclənir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The National Interest” yazır.

...İranın müxalifət lideri, sonuncu şah Rza Pəhləvinin oğlu getdikcə daha çox ölkəni birləşdirə və onu dünyəvi, demokratik gələcəyə apara bilən fiqur kimi görünür..?

...İslam Respublikasının süqutundan sonra baş verəcəklərdən qorxmayın.Bizim çiçəklənən İran üçün planımız var, - deyən Pəhləvi İsrail hərbi əməliyyatlarının başlamasından sonra danışıb.

Mövcud rejim onilliklər boyu davam edən repressiya, iqtisadi böhran və ideoloji təzyiqlərdən sonra dəstəyini sürətlə itirir. Pəhləvi konkret bir idarəetmə forması tətbiq etmədən, azad seçkilər vasitəsilə xalqın öz yolunu seçmək hüququnda israrlıdır.

O, həm monarxiya tərəfdarlarının, həm də demokratiyaya sülh yolu ilə keçidi müdafiə edən mötədil respublikaçıların etimadını qazanır.

Keçmiş islahatçı Mehdi Nasirinin sözlərinə görə, iranlıların 50-70 faizi monarxiyanın geri qaytarılmasını dəstəkləyir. Populyarlığın bu yüksəlişi təkcə nostalji ilə deyil, həm də praqmatik yanaşma ilə bağlıdır: çoxları konstitusiya monarxiyasını onilliklər boyu davam edən siyasi təlatümlərdən sonra sabit alternativ kimi görür.

İsveç, İngiltərə və Yaponiya kimi ölkələrin təcrübəsi göstərir ki, qanunlarla məhdudlaşdırılan monarxiya demokratik sistemin effektiv elementi ola bilər.

İranın etnik müxtəlifliyini nəzərə alsaq, monarxiya islahatlar yolunda birləşdirici quruma çevrilə bilər.

Əli Babayev

Избранный
18
2
sia.az

10Источники