RU

İki klubun təklifindən imtina edib - İsveçli hücumçu

“Sportinq”in hücumçusu Viktor Qyokereş Səudiyyə Ərəbistanı çempionatına keçmək istəməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçuya “Əl-Qadisiya” və “Əl-Hilal”dan təkliflər olsa da, o, bundan imtina edib.

Qyokereş karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir.

Daha əvvəl “Arsenal”ın forvardla maraqlandığı bildirilib.

27 yaşlı futbolçu Portuqaliya çempionatının son mövsümündə 33 oyun keçirib, 39 qol vurub və 7 məhsuldar ötürmə edib.

Избранный
5
50
sportinfo.az

10Источники