RU

Ersin Tatar: "Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm"

Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC)prezidenti Ersin Tatar Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısındakı çıxışına görə Prezident Rəcəb Tayyib Ərdoğana və ev sahibi kimi göstərdiyi yüksək səviyyəli dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, Xankəndindən dönərkən Ercan Hava Limanının VIP Salonunda keçirdiyi mətbuat konfransında deyib.

Tatar ŞKTC-nin İƏT-in müşahidəçi üzvü olduğunu xatırladaraq deyib: "Biz bu ailənin bir parçası olaraq ilk dəfə belə yüksək səviyyəli təmsilçilik və öz bayrağımızla salonda yerimizi aldıq. Bu, mahiyyətcə ŞKTC-nin indi dövlət kimi qəbul olunduğunu göstərir. Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdəki çıxışında İƏT üzvlərinin ŞKTC ilə iqtisadi və siyasi əlaqələrini artıracağını gözlədiyini açıq şəkildə ifadə etməsi biz qürurlandırır. Bu səbəbdən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana bir daha ürəkdən təşəkkür edirəm.  Eyni zamanda, böyük dəsətk və və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına minnətdaram".

Lamiyə Əhmədli
MİA.AZ

Избранный
17
23
mia.az

10Источники