RU

Rusiyanın partiya sədri: İlham Əliyev bizim ən etibarlı tərəfdaşlarımızdan biridir

BAKI, 7 iyul. TELEQRAF

“Qarabağ münaqişəsi fonunda bizi Azərbaycanla qarşıdurmaya çalışdılar. Amma bu gün Azərbaycan bizim strateji tərəfdaşımızdır və bu, bizi heç vaxt ruhdan salmır. Azərbaycan Prezidenti İlham Əliyev isə bizim ən etibarlı tərəfdaşlarımızdan biridir”.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiyanın Liberal Demokrat Partiyasının lideri Leonid Slutski “Rossiya-1” telekanalının canlı efirində bildirib.

Partiya sədri deyib: “Azərbaycan bizi heç vaxt ümidsiz qoymayan strateji tərəfdaşdır. Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki böhran fonunda vəziyyətə ayıq baxmağa çağıranların səsi getdikcə daha da ucalır”.

Избранный
17
50
teleqraf.com

10Источники