Bakı. Trend:
ABŞ-nin Texas ştatında baş verən dağıdıcı daşqınlarınfəsadlarını azaltmaq məqsədilə milyarder İlon Maskın qlobal peykrabitə sistemi Starlink zərərçəkənlər üçün pulsuz rabitə paketləritəqdim etməyə başlayıb.
Trend-inməlumatına görə, bu barədə şirkət X platformasında paylaşımedib.
Bildirilib ki, Starlink ucqar ərazilərdə belə əlaqə təmin edənmini axtarış-xilasetmə dəstləri və bir aylıq pulsuz peyk internetxidməti təqdim edir. Bu paketlər daşqın bölgələrində əlaqəimkanlarının bərpasına kömək məqsədi daşıyır.
Şirkət əlavə edib ki, T-Mobile mobil operatorunun abunəçiləripeyk rabitəsi vasitəsilə mətn mesajları (SMS) göndərə bilirlər.
Qeyd edək ki, Texasda daşqınlar nəticəsində azı 80 nəfərhəyatını itirib, 40-dan çox şəxs isə hələ də itkin düşmüş hesabolunur. Axtarış-xilasetmə işləri davam etdirilir.