Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.aia.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;3. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində.aia.az