RU

Paytaxtda nənəsinin qızıllarını oğurlayan şəxs 2 il müddətə islah işlərinə cəlb edilib

Bakı.Trend:

Bayramda qonaqlığa getmək üçün Nənəsinin qızıllarını oğurlayanşəxs 2 il müddətə islah işlərinə cəlb edilib.

Trend-inməlumatına görə, hadisə cari ilin mart ayında baş verib.

Təqsirləndirilən şəxs bildirib ki, Sabunçu rayonu, Maştağaqəsəbəsində nənəsi zərərçəkmişlə birgə yaşayır. Nənəsininqızılının, həmçinin özünün deməsinə görə “kəfən pulu” kimi yığdığı2 000 manat pulunun olduğunu özündən eşidib, lakin haradagizlətməsini bilməyib. “Novruz Bayramı”ndan əvvəl, yəni 2025-cıilin mart ayının ortalarında nənəsi qızılını və pulunu yatdıqlarıyataq otağındakı paltar dolabının altında düyü torbasındagizlədərkən görüb, lakin konkret olaraq düyü torbasında nə qədərpulunun və ya nə kimi qızılının olmasına əhəmiyyət verməyib. Hadisəgünü yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsindəki tanışları ilə“Novruz Bayram”ı qeyd edərkən razılaşlıblar ki, növbəti gün hansısarestoranda bayramı daha dəbdəbəli keçirsinlər. Lakin onun puluolmayıb daha sonra yadına düşüb ki, qərara gəlib ki, nənəsininqızıllarından birini götürərək satıb qonaqlığı yola versin.

O evə gələrkən darvazanın bağlı olduğunu görüb başa düşüb ki,nənəsi evdə deyil. Daha sonra evə daxil olaraq nənəsininqızıllarından oğurlaması üçün əlverişli şərait yaranıb. Daha sonranənəsinin qızılları gizlətdiyi torbanın içindəki bankanı çıxardıb,onu içərisində dəsmala bükülmüş mirvari sep, qolbaq və 2 000 manatnağd pul var. Nənəsinin 2 000 manatı uzun illərdir halal pul kimi,yəni pensiyasından özünün dediyi kimi “kəfən pulu” olaraqtopladığından həmin pula və sata bilməyəcəyi mirvari sepətoxunmaylb

O, bankadan 1 ədəd qolbaq götürüb pulu və mirvari sepi səliqəilə bankaya qoyub yenidən məhəlləyə qayıdıb. O daha sonra ana vəatasının yaşadığı ünvana gedib. Həmin tarixdə nənəsi qolbağınınoğurlanmasını bilib DİN-in "1N2” Xidməti zəng mərkəzinə şikayətedib. O nənəsinin evinə qayıdarkən küçədə polis əməkdaşlarını görübhəmin gecəni evə gəlməyib.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsiilə təqsirli bilinərək barəsində hər ay qazancından dövlət nəfinə15 % məbləğində pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasıtəyin edilib.

Избранный
16
42
az.trend.az

10Источники