RU

İmişlidə ferma yandı KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İmişli rayonunda fermada yanğın olub.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Hacıalmuradlı kəndində qeydə alınıb. Kənd sakini Rabil Əbişova məxsus fermer təsərrüfatında baş verən yanğın zamanı 1300 ədəd ot bağlaması və otun yığıldığı çardaq yanıb. Yanğın qısa müddətdə güclənib və yaxınlıqdakı tövləyə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
13
konkret.az

10Источники