RU

Futbolçular arasında kütləvi dava: Hamı "qırmızı" aldı, səbəbkar cəzasız qaldı - VİDEO

BAKI. 7 iyul. TELEQRAF

Belarus I Liqasında XV turun "Minsk-2" və "Baranoviçi-2" komandaları arasındakı oyun kütləvi dava ilə yekunlaşıb.

Teleqraf xəbər verir ki, final fitinin ardından komandalar meydanda dalaşmağa başlayıblar. Nəticədə komandaların hərəyə 2 futbolçusu qırmızı vərəqə alıb. Lakin rəqibi təxribata çəkərək, münaqişəyə səbəb olan "Minsk-2"nin oyunçusu Vladislav Qançuka sarı vərəqə də göstərilməyib.

Qeyd edək ki, oyun paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Избранный
14
19
teleqraf.com

10Источники