Bu yay “Şamaxı”dan ayrılan Vasiliye Radenoviçin yeni klubu bəlli olub.
QOL.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Litvanın “Jalqris” klubuna keçib.
Vilnus təmsilçisi Vasilye ilə 1.5 illik müavilə imzalandığını açıqlayıb.
Litvanın hegemon klublarından olan "Jalqris" 11 qat ölkə çempionudur. Klub 14 dəfə isə ölkə kubokunun sahibi olub.
Qeyd edək ki, Radenoviç ötən mövsüm "Şamaxı"da çıxış edib və komandada ümumilikdə 29 oyuna çıxıb.