“Çelsi”nin hücumçusu Noni Madueke karyerasını “Arsenal”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” 23 yaşlı ingilis futbolçunun transferi üçün 58 milyon avro almaq istəyir. Futbolçunun özü “topçular”la müqavilənin şəxsi şərtlərini razılaşdırıb.
2024/25 mövsümündə Madueke bütün yarışlarda 42 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.