RU

İsrail ordusundan Suriyada daha bir əməliyyat VİDEO KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İsrail ordusu Suriyanın cənubunda silahlıları saxlayıb.

KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Ordusu (CAHAL) son bir həftə ərzində ikinci dəfə olaraq Suriyanın cənubunda yerləşən Kudnə qəsəbəsi yaxınlığında gecə reydi keçirib.

Ordunun yaydığı rəsmi məlumata görə, əməliyyat zamanı İranın “Qüds” xüsusi bölməsi ilə əlaqəli olan bir qrup silahlı şəxs saxlanılıb.

Qeyd edək ki, İsrail ordusu son vaxtlar Suriya sərhədində İranla əlaqəli qruplara qarşı fəaliyyətini intensivləşdirib və bölgədəki təhlükəni neytrallaşdırmaq məqsədi ilə tez-tez əməliyyatlar keçirir.

https://konkret.az/cloud/uploads/2025/07/WhatsApp-Video-2025-07-07-at-14.33.51.mp4

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
32
konkret.az

10Источники