Amerikanın Texas ştatında baş vermiş sel və daşqınlar nəticəsində ölənlərin sayı 81-ə çatıb, 41 nəfər itkin hesab olunur.
Ölənlərdən 28-i uşaqdır.
Onlar Ker əyalətində xristian qızlar düşərgəsində sel sularına qapılaraq həlak olublar.
Hazırda meyitlərin axtarışı davam edir.
Rəsmilər ölənlərin sayının arta biləcəyini deyiblər.
Məlumata görə, daşqınlara səbəb leysandan sonra Qvadalupa çayında su səviyyəsinin 45 dəqiqə ərzində 8 metrə yaxın qalxması olub.
Rəsmilər selin irimiqyaslı dağıntılar törətdiyini, sel bir anda gəldiyi üçün vəziyyətlə əlaqədar profilaktik tədbir görə bilmədiklərini deyiblər.
Prezident Donald Tramp hadisə ilə bağlı böyük fəlakət bəyannaməsi qəbul edib.
Onun fəlakət bölgəsini ziyarət edəcəyi gözlənilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта