RU

Putinin elçisi Bakıya gəlir

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, RF Prezidenti Vladimir Putinin keçmiş adyutantı xüsusi tapşırıqla Bakıya yola düşüb.

Bu barədə  Rusiya xüsusi xidmət orqanlarına yaxın “VÇK-OQPU” adlı "Teleqram" kanalı məlumat verib.

Xəbərdə deyilir: "Bu gün Rusiyanın Xüsusi Uçuş Dəstəsinin təyyarəsi Moskvanın Vnukovo hava limanından havaya qalxıb və Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyə hazırlaşır”. 

Kanala məlumat verən mənbə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovun hökumət təyyarəsində olduğunu bildirib. Mənbənin sözlərinə görə, Kurenkov ikitərəfli münasibətlərdəki məsələlərin nizamlanması ilə əlaqədar Azərbaycan tərəfi ilə qeyri-formal danışıqlar aparmaq niyyətindədir.

Səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin "şəxsi məktubunun" çatdırılması gözlənilir.

Hürr Tərcüman 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
50
hurriyyet.az

10Источники