Meksika millisinin yarımmüdafiəçisi Hilberto Mora beynəlxalq səviyyədə böyük final matçına start heyətində çıxan ən gənc futbolçu kimi tarixə düşüb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Yeudiel Paçeko məlumat yayıb.
Qeyd edək ki, ABŞ yığması evdə təşkil olunan KONKAKAF Qızıl Kubokunun finalında Meksikaya məğlub olub. Matçın əsas diqqət çəkən məqamı isə Hilberto Mora ilə bağlı olub.
Cəmi 16 yaş 265 günlük olan Mora böyüklər arasında beynəlxalq turnirin finalında start heyətində meydana çıxan ən gənc futbolçu adını qazanıb. O, final qarşılaşmasında 75 dəqiqə meydanda olub.