RU

Xəlil Arslanova 17 il həbs cəzası verildi

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzluğa dair cinayət işi üzrə 17 il müddətinə azadlıqdan məhrum edib.

Demokrat.az -ın xəbərinə görə, bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.

Məhkəmə Arslanovu Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq), Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (xüsusilə külli miqdarda rüşvət alma) ilə təqsirli bilib və barəsində cəzasını ciddi rejimli koloniyada çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Избранный
21
50
demokrat.az

10Источники