ain.az, News24 portalına istinadən məlumatı açıqlayır.
ABŞ-da idxala yeni rüsumların elan edilməsi fonunda dollar əsas valyutalara nisbətdə bahalaşıb.
Globalinfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın avqustun 1-dən ABŞ-a idxal edilən bütün Yaponiya və Cənubi Koreya mallarına 25%-lik rüsum tətbiq olunacağı ilə bağlı açıqlaması fonunda dollar digər əsas valyutalara nisbətən möhkəmlənib.
Belə ki, dollar indeksi 0,48% artaraq, 97,65 bənd təşkil edib.
ABŞ-ın əsas fond indeksləri isə əksinə, ucuzlaşıb. SP indeksi 0,9% azalaraq 6221 bənd olub. Dow Jones indeksi 1,2% azalaraq 44 295 bənd, NASDAQ indeksi 0,96% azalaraq 20 404 bənd təşkil edib.
DXY dollar indeksi ABŞ-ın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalar səbətinə nisbətdə dəyərini göstərir. Bura avro, Yapon yeni, Britaniya funtu, Kanada dolları, İsveç kronu və İsveçrə frankı daxildir. İndeks Qitələrarası Birja (ICE) tərəfindən hesablanır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.