RU

Oğuzda qanunsuz ağac kəsənlər məsuliyyətə cəlb olunublar

Oğuz, 8 iyul, AZƏRTAC

Oğuz rayonunda ağac kəsərək qazanc əldə edənlərə qarşı polis şöbəsində cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Oğuzun Xal-Xal kəndində meşə təsərrüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.

Regional qrupundan o da bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

 

 

Избранный
73
2
azertag.az

3Источники