RU

DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

İyulun 7-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə "Azərbaycan" qəzetinə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Избранный
12
49
azerbaijan-news.az

10Источники