RU

"Neftçi"nin sabiq futbolçusu BƏƏ klubuna keçdi

“Neftçi”nin vidalaşdığı Yuri Matiasın yeni klubu bəlli olub.

Operativ Media xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını BƏƏ-də davam etdirəcək.

30 yaşlı müdafiəçi “Ajman” klubu ilə anlaşıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.

Matias “Neftçi”də keçirdiyi iki mövsümdə paytaxt klubunun heyətində 71 matçda 10 qol və 3 ötürmə ilə yadda qalıb.

Избранный
108
50
operativmedia.az

7Источники