RU

Hakan Fidan: Ankara danışıqlar üçün Kiyevin cavabını gözləyir

Ankara Ukrayna üzrə danışıqların İstanbulda keçirilməsi planlaşdırılan üçüncü raundunun tarixi ilə bağlı Kiyev tərəfinin cavabını gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Braziliyada keçirilən BRICS sammitindən sonra "TRT HABER"ə telekanalına açıqlamasında deyib.

“Rusiya danışıqların üçüncü raunduna hazır olduğunu bildirib. İndi isə biz Ukrayna tərəfinin cavabını gözləyirik”, – nazir vurğulayıb.

Fidan əlavə edib ki, Türkiyə Ukrayna münaqişəsinin həlli üzrə liderlərin görüşünü keçirməyə də tam hazırdır: “Türkiyədə liderlərin görüşünün təşkili ilə bağlı heç bir problem yoxdur".
Избранный
17
6
sherg.az

10Источники