RU

“Transneft”in vitse-prezidenti Moskvada müəmmalı şəkildə ölü tapıldı

Moskvada “Transneft” şirkətinin vitse-prezidenti Andrey Bədəlov ölü tapılıb. 

News24.az vedomosti.ru-ya istinadən xəbər verir ki, onun intihar etdiyi ehtimal olunur. Cəsədi Rublyovka şossesində yerləşən evinin pəncərələrinin altında aşkarlanıb.

Hadisə zamanı həyat yoldaşı ağır psixoloji vəziyyətə düşüb və ona tibbi yardım göstərilib.

Bədəlov uzun illər rabitə və rəqəmsal texnologiyalar sahəsində çalışıb. O, 2021-ci ildən “Transneft”də vitse-prezident vəzifəsini tuturdu və rəqəmsal sistemlərə nəzarət edirdi.


Избранный
39
1
news24.az

2Источники