RU

1 tona yaxın çətənə bitkisi məhv edildi

Zəngilan rayonun Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
 
Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2025" planına uyğun olaraq tədbir keçiriblər. Tədbir nəticəsində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.
Избранный
128
26
moderator.az

10Источники