Bakı. Trend:
Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyəŞurasının 58-ci sessiyası öz işinə başlayıb. BMMT-yə üzv ölkələrinfövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbərşəxslərinin iştirak etdiyi sessiya iki gün davam edəcək.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, iyulun 8-də BMMT-nin İcraiyyə Şurasının 58-cisessiyasının rəsmi açılış mərasimi olub.
BMMT-nin himninin səsləndirilməsindən sonra AzərbaycanRespublikasının fövqəladə hallar naziri general-polkovnikKəmaləddin Heydərov açılış nitqi ilə çıxış edib. Sessiyaiştirakçılarını salamlayan nazir Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişafedən ölkəmizin son illər bir çox beynəlxalq səviyyəli nüfuzlutədbirlərə ev sahibliyi etdiyini, BMMT-nin İcraiyyə Şurasınınsessiyasının belə mötəbər tədbirlərdən olduğunu qeyd edib.
Nazir ölkəmizin fövqəladə halların qarşısının alınması vənəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığıninkişafına böyük əhəmiyyət verdiyini bildirirək, Beynəlxalq MülkiMüdafiə Təşkilatının fəlakətlərlə mübarizədə qlobal vəəlaqələndirilmiş fəaliyyətin təşkili baxımından əhəmiyyətinivurğulayıb.
Ölkəmizdə son illər fövqəladə hallarla mübarizə sahəsindəgörülən işlər barədə ümumi məlumat verən nazir Kəmaləddin Heydərovsessiyanın işinə uğurlar arzulayıb.
Sonra çıxış edən Təşkilatın İcraiyyə Şurasının prezidenti,Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və TəbiiFəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziriAleksandr Kurenkov və BMMT-nin Baş katibinin səlahiyyətlərini icraedən Roman Lapin sessiyanın əhəmiyyətindən və qarşısında duranməsələlərdən danışıblar.
Daha sonra İcraiyyə Şurasının 57-ci sessiyasının qərarlarınınicrasına baxış və Baş katibin səlahiyyətlərini icra edən RomanLapinin sessiyalararası dövrdə BMMT-nin fəaliyyəti haqqındahesabatı dinlənilib.
Qeyd edək ki, iyulun 9-na kimi davam edəcək BMMT-nin İcraiyyəŞurasının 58-ci sessiyasında ümumilikdə təşkilatın maliyyə vəinzibati hesabatlarının, İnkişaf Strategiyasının təqdimatı əsasındaortamüddətli inkişaf prioritetləri, məqsədləri və fəaliyyətsahələrinin, beynəlxalq əməkdaşlığı gücləndirmək üçün tədbirlərplanının müzakirəsinin aparılması, müvafiq qərarların qəbulolunması, o cümlədən 2027-ci il Ümumdünya Mülki Müdafiə Günününmövzusunun müəyyənləşdirilməsi nəzərdə tutulur.