Birləşmiş Ərəb Əmirliklərinin "Emirates" Hava Yolları şirkəti regional vəziyyət səbəbindən Tehrana və Tehrandan uçuşları ən azı iyulun 15-dək dayandırdığını açıqlayıb.
Axar.az xəbər verir ki, bu haqda şirkətin yaydığı bəyanatda bildirilib.
"Biz hadisələri yaxından izləyirik. Sərnişinlərimizin, işçilərimizin və əməliyyatlarımızın təhlükəsizliyi hər zaman bizim ən yüksək prioritetimiz olacaq", - məlumatda qeyd plunub.
Xatırladaq ki, "Emirates" Hava Yolları üçüncü dəfədir ki, İrana uçuşları təxirə salır.