RU

Sabirabadda ana doğuş zamanı ölüb

1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.


Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.


08.07.2025-ci il tarixində saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm, çəkisi 4 kq 200 qr, cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.


Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb.


Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Tarix: 8 İyul 2025, 20:55   
Избранный
30
9
pravda.az

10Источники