RU

Sabirabadda doğuş zamanı ana ölümünün səbəbi AÇIQLANDI

1992-ci il təvəllüdlü hamilə qadın iyulun 7-də saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri idarətetmə Birliyindən (TƏBİB) bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabirabadda ana doğuş zamanı öldü


Məlumata görə, iyulun 8-də saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib:

“Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib”.

Bizim.Media

Избранный
34
9
bizim.media

10Источники