ABŞ Çinin addımına cavab verdi: Filippin bazalarına F-35 qırıcıları yerləşdirilir
KONKRET.az xəbər verir ki, Çin keçən həftə Cənubi Çin dənizində “döyüş patrulu” həyata keçirdikdən sonra ABŞ bölgədə hərbi mövcudluğunu gücləndirməyə qərar verib.
Belə ki, ABŞ Silahlı Qüvvələri müasir F-35 qırıcı təyyarələrini Filippində yerləşdirməyə başlayıb. Rəsmi Vaşinqton bu addımı Çin ordusunun regiondakı fəallaşmasına qarşı “önləyici tədbir” kimi qiymətləndirir.
Qeyd edək ki, Cənubi Çin dənizində son zamanlar gərginlik artmaqdadır. Çin bu əraziyə öz ərazi suları kimi baxsa da, bölgə ölkələri və ABŞ bu iddianı qəbul etmir.
Natiq Səlim,
KONKRET.az