RU

Ukrayna və ABŞ təmsilçilərinin hərbi-siyasi formatda görüşləri planlaşdırılır

BAKI, 9 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə naziri Rüstem Omerova və ali baş komandan Aleksandr Sırskiyə “Amerika tərəfi ilə bütün əlaqələri intensivləşdirməyi” tapşırıb.

Teleqraf xəbər verir ki, V.Zelenski bunu ənənəvi axşam çıxışında deyib.

O bildirib: "İndi lazımi siyasi bəyanatlar və qərarlar var, xalqımızı və mövqelərimizi qorumaq üçün onları mümkün qədər tez yerinə yetirmək lazımdır. Bu, ilk növbədə, Amerikadan alınacaq hava hücumundan müdafiə, eləcə də bütün digər təchizat elementlərinə aiddir... Mən bu təmasların nəticələrini yaxın gələcəkdə gözləyirəm və xüsusən də bu həftə komandalarımızın görüşləri üçün hərbi və siyasi formatlar hazırlayırıq".

Избранный
39
teleqraf.com

1Источники