RU

Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub (FOTO)

Bakı. Trend:

8 iyul 2025-ci il tarixində, Azərbaycan Respublikası diplomatikxidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətiləGülüstan sarayında rəsmi qəbul və konsert proqramı təşkiledilib.

XİN-dən Trend-ə bildirilibki, rəsmi qəbulda Xarici İşlər Nazirliyi və ölkəmizin diplomatikmissiyalarının rəhbərləri, bir sıra dövlət qurumlarının yüksəksəviyyəli nümayəndələri, millət vəkilləri, eləcə də Azərbaycandaakkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri vənümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsininmüdiri Hikmət Hacıyev, ölkəmizdə akkreditə olunmuş diplomatikkorpusun duayeni Məhəmməd Adil Embarş çıxış edərək peşə bayramıgünü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarınatəbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzuediblər.

Diplomatik xidmət orqanları əməkdaşlarının ölkəmizin praqmatikxarici siyasət kursunun həyata keçirilməsində, milli maraqlarımızınbeynəlxalq səviyyədə irəlilədilməsi və qorunmasında roluvurğulanıb.

Çıxışlarda əldə edilmiş əsas xarici siyasət nailiyyətlərindənbəhs olunub, prioritetlər barədə danışılıb, ölkəmizin beynəlxalqnüfuzunun artmasında diplomatik xidmət əməkdaşlarının xidmətləriqeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət xəttininreallaşdırılmasında diplomatik xidmət orqanlarının üzərinə mühümvəzifələrin düşdüyü vurğulanıb.

Rəsmi qəbul konsert proqramı ilə davam etdirilib.

Diplomatik
Diplomatik
Diplomatik
Diplomatik
Diplomatik
Diplomatik
Избранный
7
27
az.trend.az

10Источники