RU

Səyahət etmənin ucuz yolu - Büdcəyə necə qənaət edək?

Səyahət etmək yeni yerləri kəşf etmək, fərqli mədəniyyətlərlə tanış olmaq və yadda qalan xatirələr yaratmaq üçün ən gözəl yollardan biridir. Bu zövqlü təcrübə bəzən əlçatmaz görünə bilir. Lakin büdcəni düzgün idarə etməklə həm maraqlı, həm də qənaətli səyahətlər mümkündür. Sadəcə bir az planlama, bir qədər çeviklik və praktik yanaşma ilə xərcləri minimuma endirib maksimum təcrübə əldə etmək mümkündür.

Valyuta.az səyahət zamanı aviabiletlərdən yerləşməyə, yeməkdən ekskursiyalara qədər bir çox sahədə necə qənaət edə biləcəyiniz haqqında əsas ipuclarını təqdim edir:

Səyahət xərclərini azaltmaq mümkündür. Sadəcə düzgün planlama, ağıllı seçimlər və bəzi praktik vərdişlər lazımdır. 

Bunun üçün aviabilet və nəqliyyat xərclərinə qənaətlə başlamaq lazımdır. Səyahət tarixindən ən az 1-2 ay əvvəl bilet almaq daha ucuz başa gəlir. "Skyscanner", "Google Flights", "Momondo" kimi saytlarla müxtəlif şirkətlərin təkliflərini müqayisə edin. Həftəiçi günlərində, xüsusən çərşənbə axşamı və çərşənbə günləri bilet qiymətləri daha ucuz olur. Yalnız əl yükü ilə səyahət edərkən daha çox qənaət etmək olar. Avtobus və qatar seçimləri bəzi ölkələrdə daha ucuz və rahatdır.

Qalmaq xərclərinə qənaət də bir seçimdir. Səfər etdiyiniz ölkədə gecələmək üçün hostel və ya qonaq evlərini seçin. Xüsusilə tək səyahət edirsinizsə, bu seçim otellərdən qat-qat ucuzdur.

“Airbnb” və “Couchsurfing” istifadə edin. “Airbnb” ilə mətbəxi olan evlər kirayə götürüb yeməyi evdə bişirə bilərsiniz. “Couchsurfing” isə pulsuz qalmaq imkanı verir.

Mərkəzə uzaq, amma nəqliyyatla gedə biləcəyiniz rahat yerləri seçin. Taksi əvəzinə metro, avtobus, velosiped kirayəsi kimi alternativlər daha sərfəlidir. Qiymət fərqi hiss ediləcək qədər ola bilər.

Qida və içki xərclərinə qənaət etmək üçün isə daha çox turistlərin getdikləri restoranlara getməkdən çəkinin. Yerli bazarlarda, küçə yeməklərində həm dadlı, həm də daha ucuz yeməklər tapmaq mümkündür. Su, qəlyanaltı və gündəlik məhsulları supermarketlərdən almaq daha sərfəlidir. Bundan başqa öz yeməyinizi də özünüz bişirə bilərsiniz.

Qənaətli ekskursiya və müxtəlif fəaliyyətlərə qoşulmaq üçün isə pulsuz turlar və muzey günlərini araşdırın. Bir çox şəhərdə pulsuz yürüş turları və müəyyən günlərdə ödənişsiz muzey ziyarətləri olur. Şəhər kartları (city pass) alın. Bu kartlarla nəqliyyat + bir neçə muzeyə giriş cəmi 1 ödənişlə mümkündür. Bundan başqa, turoperatorlar yerinə, səyahət marşrutlarınızı özünüz hazırlayın.

Pul və valyuta məsələlərində qənaət üçün isə ən az komissiya alan kartlardan istifadə edin:

Beynəlxalq alış-verişdə və nağd çıxarışda yüksək faiz almayan kartlar seçin.

Valyutanı əvvəlcədən dəyişin. Çünki hava limanlarında və turistik bölgələrdə kurslar əlverişsiz olur.

Unutmayın, bu mövzularda təcrübələriniz isə səfərləriniz zamanı yaranacq. O zaman özünüzə uyğun qənaətli planlama edə biləcəksiniz. 

Günay

Избранный
188
6
valyuta.az

8Источники