FIFA Klub Dünya Çempionatının yarımfinalında İngiltərə təmsilçisi Çelsi Braziliyanın Fluminense komandası ilə qarşılaşıb.
News24.az CNN Türk-ə istinadən xəbər verir.
"MetLife" stadionunda keçirilən oyunda Çelsi Joao Pedronun 18 və 56-cı dəqiqələrdə vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Çelsinin finaldakı rəqibi sabah saat 22:00-da keçiriləcək PSJ – Real Madrid görüşündən sonra müəyyən olunacaq. Final qarşılaşması 13 iyul, bazar günü "MetLife" stadionunda baş tutacaq.
Xeyrənsə Piriyeva