''Antalyaspor'' baş məşqçi problemini yoluna qoyduqdan sonra heyətini gücləndirməyə başlayıb.
Xatırladaq ki, bir müddət öncə Əmrə Belözoğlu rəhbərliklə anlaşmazlıq yaşadığı üçün istefa vermişdi.
Amma klub sonradan onu vəzifəsinə qaytarmağı bacarmışdı. Antalya təmsilçisi yeni mövsümə məhz Belözoğlunun başçılığı altında hazırlaşır. Rusiyalı müdafiəçi Georgi Cikiyanın ardından antalyalılar daha bir önəmli keçidi bitirmək üzrədilər.
Belə ki, almaniyalı forvard Devi Zelke ilə prinsipial razılıq əldə olunub. Artıq Əmrə Belözoğlu və rəhbərliklə də görüşən təcrübəli futbolçu Türkiyəyə gəlməyə razılıq verib. Son detalların ardından Zelkenin Türkiyəyə gələrək tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə imza atacağı gözlənilir. Zelke ilk dəfə legioner həyatı yaşayacaq.
Belə ki, o indiyə qədər Almaniyadan kənarda oynamayıb. ''Verder''in yetirməsi olan 30 yaşlı futbolçu bu klubdan başqa ''Leyptsiq'', ''Herta'', ''Köln'' və son olaraq ''Hamburq''da çıxış edib. 195 sm boya malik olan və taran tipli hücumçulardan sayılan Zelke ötən mövsüm ''Hamburq''un heyətində 31 oyuna 22 qol vuraraq 2-ci bundesliqanın bombardiri olmuş və klubun elitaya yüksəlməsində mühüm rol oynamışdı. Bundan başqa ''Antalyaspor'' tanınmış türkiyəli vinger Abdülkadir Ömürü də transfer edib.
''Trabzonspor''un yetirməsi olan, 2024-ün yanvarında transfer olunduğu ''Hall Siti''də ümidləri doğrultmayan Ömür ötən mövsümün ikinci dövrəsini icarə əsasında ''Çaykur Rizəspor''da keçirmişdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта