RU

İtaliyada zəlzələ olub

Roma, 9 iyul, AZƏRTAC

İtaliyanın Modena bölgəsində 3,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Bildirilib ki, episentri San Feliçe sul Panaro qəsəbəsindən 5 kilometr aralıda olan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Mirandola və Konkordiya qəsəbələrində hiss edilib. Dağıntı və insan tələfatı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu bölgədə sonuncu dəfə 2012-ci ildə zəlzələ qeydə alınıb.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Избранный
49
azertag.az

1Источники