RU

"Brayton"un hücumçusu "Roma"ya keçə bilər

İngiltərənin "Brayton" klubunun mərkəz hücumçusu Evan Ferqyuson karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, A Seriyasının nəhənglərindən olan "Roma", 20 yaşlı hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir və danışıqlar davam edir.

 "Brayton" irlandiyalı futbolçu ilə bağlı təklifləri dinləməyə və nəzərdən keçirməyə hazırdır.

İcarə reallaşacağı təqdirdə, Evan Ferqyusonun əməkhaqqısı tam şəkildə "Roma" tərəfindən ödəniləcək.

Qeyd edək ki, gənc hücumçu ötən mövsümün ikinci yarısını "Vest Hem"də icarədə keçirib. O, London təmsilçisinin heyətində 8 oyuna çıxsa da, nə qol vura bilib, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalı Ferqyusonu 25 milyon avroya dəyərləndirir.

Избранный
108
90deqiqe.az

1Источники