HƏMAS radikal hərəkatı Qətərin paytaxtı Dohada məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovun azad edilməsinə razılaşdığını elan edib.
Publika.az xəbər verir ki, bu, HIMAS-ın "Telegram" kanalında bəyanat yayılıb.
Bildirilib ki, HƏMAS danışıqların uğurla nəticələnməsinə çalışır və bu səbəbdən 10 girovun azad edilməsinə razılaşıb.
Lakin bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələrin davam etdiyi vurğulanıb.