ABŞ-da keçirilən klublararası dünya çempionatında ikinci finalçı da müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, PSJ yarımfinalda "Real Madrid"i darmadağın edib - 4:0.
Bu, "kral klubu"nun baş məşqçisi Xabi Alonsunun yeni vəzifəsində birinci məğlubiyyəti olub.
PSJ iyulun 13-də finalda "Çelsi"yə qarşı mübarizə aparacaq.
Klublararası dünya çempionatı, yarımfinal
PSJ - "Real Madrid" 4:0
Fabian Ruiz, 6; 24; Usman Dembele, 9; Qonçalo Ramos, 87