RU

Məhkəmə Cənubi Koreyanın sabiq prezidentini yenidən həbs edib

Seul məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yolu hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdi ilə bağlı yenidən həbs qərarı çıxarıb.

APA xəbər verir ki, bu haqda Yonhap agentliyi məlumat yayıb.

Qeyd edək ki, məhkəmə bundan əvvəl sabiq prezident barəsində həbs qərarı çıxarmışdı.

Xatırladaq ki, Yun Sok Yol 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etməyə cəhd etdikdən sonra onun haqqında impiçment elan edilib.

Daha sonra Konstitusiya Məhkəməsi aprelin 4-də impiçmenti təsdiqləyib.

Избранный
25
apa.az

1Источники