RU

Əliyev-Paşinyan görüşündə ilk: liderlər razılaşdı – Türkiyə detalı

Yeni qanunla Rusiya vətəndaşı olmayanların orduya cəlb olunmasına icazə verilməsi beynəlxalq arenada diqqət çəkir. Bu dəyişiklik Moskvanın xarici döyüşçülərə, xüsusilə də Şimali Koreya kimi müttəfiqlərdən gələcək əsgərlərə qapı açmaq istəyi kimi dəyərləndirilir. Ekspertlər bu addımı Putinin uzunmüddətli müharibəyə hazırlıq planı və insan resursu çatışmazlığını kompensasiya cəhdi kimi şərh edirlər.

Rusiya qanunvericiliyində edilən bu dəyişiklik Şimali Koreya kimi ölkələrdən hərbi dəstəyə şərait yaradırmı? Kreml bununla nəyi hədəfləyir?

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli bildirib ki, bu qərar Kremlin yeni insan resurslarının çatışmazlığı probleminə yönəlib:

"Rusiya rəhbərliyi ikinci səfərbərlik qərarı verməkdən imtina etdi, çünki bu, cəmiyyətdə geniş narazılığa səbəb olardı. Birinci səfərbərlik zamanı müxtəlif regionlarda ciddi etirazlar başladı, hərəkatlar yarandı, orta təbəqə nümayəndələri kütləvi şəkildə ölkəni tərk etdilər. Rusiya rəhbərliyi başa düşür ki, ikinci səfərbərlik dalğası başlayarsa, proses daha ciddi fazaya keçəcək, hələlik neytral qalan cəmiyyətin təbəqələri də müharibəyə açıq qarşı çıxacaq. Kreml nə qədər cəhd etsə də, faktiki olaraq cəmiyyəti münaqişəni Vətən müharibəsi kimi qəbul etmir. Aktiv könüllü təşəbbüslər və yardımlar geniş şəkildə görülmür. Bunları Moskva təşkil edir və onun göstərişi ilə həyata keçirilir. Bu baxımdan ikinci səfərbərlik dalğası bütün problemləri aşkar edə bilər. Buna görə də alternativ olaraq, əcnəbilərin orduya cəlb edilməsi planlaşdırılır. Bu üsul Şimali Koreya əsgərlərindən daha çox, Rusiyada hazırda vətəndaşlığı olmayan miqrantların cəbhəyə göndərilməsini qanuniləşdirməyə xidmət edir".

zaur

Zaur İbrahimli

Politoloq qeyd edib ki, hazırda cəbhədə hüquqi statusu qeyri-müəyyən, minlərlə Rusiya vətəndaşlığı olmayan insan döyüşür:

"Onlar nə ordu ilə müqavilə bağlayan muzdlu əsgərlərdir, nə də rəsmi hərbi qulluqçusu statusuna malikdirlər. Sayları minlərlə, bəlkə də 10 minlərlədir. Ölkənin hüquq-mühafizə orqanları miqrantları reydlər zamanı həbs edir və azadlığa buraxılması müqabilində onları cəbhəyə göndərir. Beləliklə, Kreml beynəlxalq hüququ pozaraq miqrantları müharibəyə cəlb edir. Əslində, bu, insan alverinin bir növüdür, çünki insanlar iradələrinə zidd istismar edilir. Bəzi Azərbaycan vətəndaşlarının da qanunsuz olaraq hərbi əməliyyatlara və cəbhəyə göndərildiyi barədə faktlar aşkar edilib. Bu hadisə cəmiyyətimizdə qəzəblə qarşılanıb. Rusiya hakimiyyəti belə müzakirələr başlandıqda və bu cür faktlar ortaya çıxdıqda, öz arqumentlərini dəstəkləmək üçün məhz qanunvericiliyə dəyişikliklər edib. Moskvada "miqrant ovu" daha da güclənəcək və onlara ilk baxışda cazibəli təkliflər irəli sürəcəklər. Son dəyişikliklər də buna imkan yaradır. Bu, həmçinin Rusiya rəhbərliyinin uzunmüddətli müharibə aparma planlarından xəbər verir. Mosvkanın əsas strategiyası Ukraynanı kapitulyasiyaya məcbur etmək və şərtləri öz xeyrinə diktə etməkdir. Rusiya vətəndaşlığı olmayan şəxslərin ordu sıralarına cəlb edilməsinin hüquqi əsaslarının yaradılması da bu hazırlıqların bir hissəsi kimi qiymətləndirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
44
olaylar.az

1Источники