RU

Gəncədə bıçaqlanan yeniyetmənin vəziyyəti məlum olub - Yenilənib

Bu gün 01:10 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub...

APA xəbər verir ki, ona ayağın digər hissələrinin açıq yarası diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində, H. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən N. Abbasov və T. Pirverdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Natəvan 2 qəsəbəsinin ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü H. Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Poliqon.info

Избранный
12
3
poliqon.info

7Источники